Norveçdə yaşayan cənubi azərbaycanlı modelyer Şervin Nəcəfpur Bakıya gələcək.
Axşam.az-ın məlumatına görə, o, noyabrın 23-də saat 19:00-da paytaxtda "Atropatena" adlı moda sərgisi keçirəcək. “ADDIM Gənclər Təşkilatı" və " AES Group "un birgə təşkilatçılığı ilə baş tutacaq gecə “Pasifico” restoranında gerçəkləşəcək.
Gecənin musiqiçi qonağı müğənni Dilarə Kazımova olacaq. Moda sərgisində modelyerin qış-yaz kolleksiyası nümayiş ediləcək. Onun kolleksiyasında dəbli, seksual geyimlər yer alıb.
Biletlərin qiymətləri 20-50 manat arasındadır. Ətraflı məlumat üçün (+99455) 2655561 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.