Futbolçu Devid Bekhemlə müğənni-dizayner Viktoriyanın 12 yaşlı oğlu Romeo model kimi fotokameralar önünə keçib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Burberry”nin “Londondan sevgilərlə” adlı Yeni il kampaniyası üçün reklama çəkilən Romeo poz verərkən professional modellərə bənzədilib. Markanın məşhur dizayneri Kristofer Bayli məşhur cütlüyün ikinci oğlu haqda bunları deyib:
“Onda möhtəşəm cəlbedicilik və enerji var. Məncə, kampaniyanın baş rolu üçün düzgün seçimdir və onunla işlədiyimə görə çox xoşbəxtəm”.
Qeyd edək ki, 50 rəqqasın müşayiəti ilə çəkilən reklam Londonun məşhur “George Lucas” səhnəsində lentə alınıb.