“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü buraxılışında idmandan bəhs edilib. Axşam.az-ın məlumatına görə, proqramın qonaqları arasında məşqçi Ceyhun Əliyev, müğənni Sevinc Ağaşirinova yer alıb.
İdman vasitəsilə arıqlamağa çalışan verilişin aparıcısı Təranə Səmədova məşqçisi ilə bağlı maraqlı açıqlama verib:
“İki ay əvvəl məşqə gedirdim. Dedi ki, səninlə gözəl nəticə əldə edəcəyik. Bir dəfə söylədi ki, bu məşqləri et, piylərin əzələyə çevriləcək. Bu fikirlə razılaşmadım. Çünki piy əzələyə çevrilə bilməz. 20 dəqiqə mübahisə etdik. Buna görə hətta söhbətimizə müdaxilə olundu. Bir də o məşqçinin yanına getmədim”.
Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin ilk beş günü saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.