Bu saatın qiyməti 15 milyondur - fotolar

Bu saatın qiyməti 15 milyondur -  fotolar
1377 dəfə oxunub
  • A-
  • A
  • A+
İsveçrənin saat firması "Patek Philippe" 1932-ci ildə istehsal etdiyi məşhur "The Henry Graves Supercomplication" saatını noyabrın 11-də hərraca çıxaracaq.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, texnologiya köməkliyi olmadan düzəldilən saat İsveçrənin Cenevrə bölgəsindəki muzeydə saxlanılır.

Amerikalı bankir Henri Qreyves tərəfindən 1925-ci ildə sifariş edilən cihaz 1932-ci ildə hazır olub. 1968-ci ildən 1999-cu ilə qədər Çikaqodakı Saat Muzeyində saxlanılıb. 1999-cu ilin dekabrında Nyu-Yorkda keçirilən hərracda 11 milyon 2500 dollara satılıb.

Cib saatının bir çox özəllikləri var: günəşin çıxmasını və batmasını göstərir, göy üzünün ulduz xəritəsinə sahibdir.

Saat Cenevrədə keçiriləcək hərracda 15 milyon 544 min dollara satışa çıxarılacaq.

Qeyd edək ki, "Patek Philippe" firması bir çox məşhurun da sevimli brendidir. Türkiyənin keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayan bu brendin istehsalı olan saatı iş adamı Reza Zərraba hədiyyə etmişdi. Həmin saatın qiyməti 700 min lirə (təxminən 300 min dollar) olub.