"Barbi qız"ı döydülər – fotolar

"Barbi qız"ı döydülər – fotolar
3716 dəfə oxunub
  • A-
  • A
  • A+

“Barbi qız” olaraq tanınan ukraynalı Valeria Lukyanovanı Odessada, evinin yaxınlığında döyüblər.

Axşam.az-ın “Hürriyət”ə istinadən xəbərinə görə, 28 yaşındakı qızın üzü yaralanıb, dodağı partlayıb. İki ildir ki, naməlum şəxslər tərəfindən təhdid olunan Valeria “Döyülmədi, estetik əməliyyat etdirib” iddialarına da cavab verib:
 
“Evimə gedirdim. Qapının kodunu yazan ərəfədə iki şəxs hücum etdi və məni döydü. Qaranlıq idi. Heç səslərini çıxartmadılar, yalnız döydülər. Bədənimdə güclü ağrılar var. Dərmanlar vasitəsiylə sakitləşirəm”.

Qeyd edək ki, barbiyə bənzədilən Valeria təkcə süd vəzilərinə plastik əməliyyat etdirdiyini bildirib.