Hollivud ulduzu Leonardo Di Kaprio ilə baş rolda çəkildiyi “Pul canavarı” (“The Wolf of Wall Street”) filmiylə tanınan aktrisa Marqot Robbi Londonda “Harper's Bazaar” dərgisinin “İlin qadınları” mükafatlandırma mərasiminə yollanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı aktrisa gecəyə sinə dekolteli, sarı libasla qatılıb. Lakin Marqot mərasimdən çıxarkən xoşagəlməz “sürprizlə” qarşılaşıb.
Belə ki, o, avtomobilinə əyləşərkən libasının yaxası açılıb və sinəsi görünüb. Özünü itirməyən M.Robbi gülümsəyərək paltarını düzəldib və yoluna davam edib.