Aygünün gözəllik sirri: “Heç vaxt bu qidaları yemirəm...”

Aygünün gözəllik sirri: “Heç vaxt bu qidaları yemirəm...”
11195 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aygün Rəhimova gözəllik sirlərindən, baxımlılığından danışıb.

Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı istifadə etmədiyi qidaların adlarını açıqlayıb:

“Özümü baxımlı xanım hesab edirəm, buna haqqım var. Özümə qulluq edirəm. Bunu hər bir qadın etməlidir. “Vaxtım yoxdur” anlayışını başa düşmürəm. Qadın hər bir şeyə qadir varlıqdır. Heç vaxt pəhrizdən istifadə etməmişəm. Sadəcə, bəzi məhsulları qida rasionumdan çıxarmışam. Ən əsası süfrədə olarkən yeyib, doymadan ayağa qalxmaq lazımdır. Çörək, mayonez, yarımfabrikatlar, duz istifadə etmirəm. Qazlı sular da ziyandır. Hərdən ac mədəyə xeyirlidir. Ən çox çobanyastığı çayı içirəm”.

A.Rəhimova fitneslə məşğul olduğunu da deyib:

“Fitnesə getməyə vaxtım olmayanda isə evdə bəzi məşqləri təkrar edirəm. Ən əsası, gəzmək xeyirlidir. Ən az həftədə 3-4 gün təmiz havada yeriyirəm”.

Üz dərisinə qulluq vasitələrindən söz açan Aygün xanımlara məsləhət verib:

“İlk növbədə 8 saat yuxu yatmaq lazımdır. Bu, gözəl üz dərisinin birinci köməyidir. Dərim qarışıqdır. İşimlə əlaqədar qrim çox edilir. Bu da üz dərisinə ziyandır. Hətta bir ara üzümdə problemlər yaranmışdı, kosmetoloqun köməyi ilə aradan qaldırdım. Bu günə kimi bahalı kremlərdən istifadə etmişəm. Təsadüfən 40 yaşında bir xanımla tanış oldum. İdeal üz dərisi diqqətimi çəkdi, yaxınlaşıb soruşdum. Mənə istifadə etdiyi mazın adını deyəndə şoka düşdüm: “Lanolin”. Bütün əczaxanalarda var. 1 manat 70 qəpikdir. O gündən ancaq o mazdan istifadə edirəm. 30 yaşım var. Yaşımdan cavan görünməyi bacarmışam. Bir də xanımlar paxıllıq etməsin. Öz həyatları ilə məşğul olsunlar. Sevin, sevilin. İnsan daxilən gözəldirsə, bu, üzünə də büruzə verəcək”.