“Elə bilirəm, 40 yaşındayam” – Serenaydan yeni fotosessiya

“Elə bilirəm, 40 yaşındayam” – Serenaydan yeni fotosessiya
3909 dəfə oxunub
  • A-
  • A
  • A+
“Medcezir” serialından Mira obrazı ilə tanınan türkiyəli aktrisa Serenay Sarıkaya “Elle” jurnalı üçün fotosessiya etdirib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa jurnala açıqlamasında 7 ildir kino aləmində olduğunu və çox çətinliklərlə qarşılaşdığını deyib:
 
“Həyatım həmişə mübarizə ilə keçdi. 22 yaşım var, amma özümü ruhən qocalmış hiss edirəm. Elə bilirəm, 40 yaşındayam. Rəfiqələrim də olduğumdan qoca göründüyümü, gənclik illərimi yaşamadığımı deyirlər”.