Aktyor Hacı Nazimoğlu ATV-də yayıma başlayacaq “Günahkar” serialına dəvət olunub.
Axşam.az-ın məlumatına görə, dekabrın 15-dən nümayiş ediləcək ekran işində aktyor Fərman obrazını canlandıracağını deyib:
“Müsbət və əsas obrazlardan biridir. Maraqlı ssenarisi var. Filmin rejissoru Nicat Cəlilov, ssenari müəllifi Namiq Əlioğludur. Bu günə kimi bir neçə serialda rol almışam. İnanıram ki, bu obrazım da maraq doğuracaq”.
Qeyd edək ki, H.Nazimoğlu daha əvvəl “Ölümsüzlər”, “Həyat varsa”, "Qız yükü", “Ləkə” kimi seriallarda rol alıb. “Ağabəyovlar”da isə istehsalat kordinatoru kimi çalışıb.