Daha bir azərbaycanlı müğənni “O səs Türkiyə”də - video
Məşhur “O səs Türkiyə” yarışmasında bu dəfə “Yeni ulduz” müsabiqəsindən tanınan müğənni Nicat Məhərrəmov iştirak edib.
Axşam.az-ın məlumatına görə, “Əziz dostum” mahnısını oxuyan Nicat münsiflərin rəğbətini qazanıb. Hadisə, Gökhan Özoğuz və Mazhar-Özkan N.Məhərrəmova “hə” deyib. O, yarışmanı Gökhan Özoğuzun komandasında davam etdirməyi istəyib.
Qeyd edək ki, yarışmanın münsif kürsüsündə müğənnilər Ebru Gündeş, Mazhar və Özkan, Hadisə, Gökhan Özoğuz əyləşib.