Fatimə növbəti festivala hazırlaşır

Fatimə növbəti festivala hazırlaşır
1050 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanda keçirilən “Udbhav İnternational Dance Carnival” rəqs müsabiqəsində Azərbaycana qalibiyyət qazandıran rəqqasə Fatimə Fətəliyeva növbəti sınaq qarşısındadır.

Axşam.az-a açıqlama verən rəqqasə bildirib ki, o, daha bir festivala qatılacaq:

“Bir çoxları bilir ki, bir neçə gün öncə Hindistandan qalibiyyətlə qayıtdım. Bu, həm də Azərbaycanın uğurudur. Amma onu da deyim ki, qələbə qazanmağım bəzilərini sevindirsə də, uğuruma görə narahat olanlar da tapıldı. Bu cür hallara artıq alışmışam. Əsası odur ki, mən öz işimdəyəm. Müsabiqədən Azərbaycana qayıdanda məni hava limanında dostlarım - prodüser Tolik, Rövşən İlknuri, prodüserim Aysel və digərləri qarşıladılar. Çox sağ olsunlar. Artıq növbəti festivala hazırlaşıram. Noyabrın 14-də Türkiyənin Mersin şəhərində keçirilən festivala dəvət aldım. Bir neçə gün götür-qoy etdikdən sonra razılıq verdim. Düşünürəm ki, Türkiyədən də Azərbaycana uğurlu nəticə ilə qayıdacam”.