“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü buraxılışında Azərbaycan bayrağının xaricdə qaldırılması müzakirə edilib.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Təranə Səmədovanın etdiyi verilişdə əməkdar artist Sevda Ələkbərzadə, rəqqasə Fatimə Fətəliyeva, “Ok” dərgisinin baş redaktoru Zəhra Bədəlbəyli və idmançı Eduard Məmmədov qonaq olub.
Bu günlərdə Hindistanda keçirilən rəqs festivalına qatılıb, birinci olan F.Fətəliyeva səfərindən danışıb:
“Hindistanı zəngin ölkə adlandırırlar. Üçüncü dəfə ora getmişəm, yaşayışları çətindir. Çirklidir. Azərbaycan çox gözəldir. Hindistanda festivalda bayrağımızı, ölkəmizlə bağlı çarxı görəndə göz yaşlarımı saxlaya bilmədim”.
S.Ələkbərzadə isə “Sənət adamları üçün xaricdə qalib olmaq çətindir. Bunun üçün birinci sənətin olmalıdır. Nə zəng edib özünü tapşırtdıra bilərsən, nə də başqa bir hal. Xoşbəxtəm ki, ölkəmi xaricdə təmsil edirəm. İndi internet var, xaricdən də bizim sənət adamlarını izləyirlər. Özümüzü pisləyib, təhqir etmək ayıbdır” deyə bildirib.
Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftə içi beş gün saat 10:30-dan 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.