Dünya çempionu olan azərbaycanlı qız - fotolar

Dünya çempionu olan azərbaycanlı qız -  fotolar
2752 dəfə oxunub
  • A-
  • A
  • A+

Pauerliftinq üzrə növbəti dünya çempionatı Amerikanın Florida ştatında noyabr ayının 12 –dən start götürüb.

Axşam.az-ın “anspress.com”a istinadən  məlumatına görə, bu çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının favoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib. O, növbəti dəfə dünya çempionu olub. Üç hərəkətin cəmində xanım idmançımız 56 kq çəki dərəcəsində 430 (150-90-190) kq qaldırıb.

Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatında yer alıb.