Dekolte geyindiyinə görə ayrıldılar

Dekolte geyindiyinə görə ayrıldılar
4200 dəfə oxunub
  • A-
  • A
  • A+
Serbiyalı modelyer İvana Sərt və sevgilisi, iş adamı Sinan Akıman ayrılıblar.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, cütlüyün münasibətlərinin bitməsinə İ.Sərtin dekolte geyinməsi səbəb olub. Bu yaxınlarda modelyerə evlilik təklifi edən iş adamı açıqlamasında bunları deyib:

“Yayılan xəbərlər doğrudur. Geyiminə bir az fikir ver dedim, qulaq asmadı. Biz bir qədər köhnə fikirli insanlarıq. Ona görə reytinq önəmlidir, amma bizim üçün qürur, namus daha vacibdir”.

İvana Sərt isə ayrılması ilə bağlı suallara belə cavab verib:

“Artıq yeganə sevgim işim və oğlum Atəşdir”.