“Qəzəb” (“Fury”) hərbi dramının komandası filmin promo-turu çərçivəsində dünya səyahətini davam etdirir.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor Bred Pitt və həmkarı Loqan Lerman ötən gün yeni layihələrini təqdim etmək üçün Koreya Respublikasının paytaxtı Seula uçublar.
B.Pitt orada keçirilən mətbuat konfransında “Zorakılıqların getdikcə daha çox yayıldığı bir dünyada yaşayırıq. Bu film belə bir mesaj ötürür ki, biz il ərzində bir-birimizlə vuruşa bilərik, amma daha sonra həm də eyni masa arxasında şam yeməyində bir yerə toplaşa bilərik”, - deyə çıxış edib.
Qeyd edək ki, filmin süjet xətti İkinci Dünya müharibəsi zamanı baş vermiş hadisələr üzərində qurulub. Orada nasist Almaniyasının silahlı qüvvələrində vuruşan amerikalılardan bəhs olunur. Bred Pitt ekran işində “Müharibənin atası” adlandırılan tankın kapitanı rolunda çəkilib.