Lalə Azərtaş un, şəkər və duza "yox" deyir

Lalə Azərtaş un, şəkər və duza "yox" deyir
8759 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV-nin aparıcısı Lalə Azərtaş gənc və gözəl qalmağının sirlərini açıqlayıb.

Aparıcı Axşam.az-ın əməkdaşı ilə söhbətində xanımlar üçün maraqlı məsləhətlər verib:

“Baxımlı olmağı sevirəm. Hər gün səhər saat 6-da yuxudan oyanıram. Günə maye qəbulu ilə başlayıram. Bu ya adi su, ya da təbii meyvə şirəsi ola bilər. Daha sonra dəniz kənarına gedib təmiz havada gəzirəm. Sonra evə gəlir, duş qəbul edir və işimə yollanıram. Mən ömür boyu pəhriz saxlayıram. Əgər bir pəhrizə başlayıramsa, heç bir qüvvə məni o istəyimdən döndərə bilməz. Qida rasionumdan “ağ ölüm” adlandırılan hər şeyi çıxarmışam: un, şəkər, duz. Heç vaxt kök olmamışam. Amma yayda müalicə alarkən qəbul etdiyim dərmanlar hormonal olduğundan köklük yaratdı. Həmişə 58 kiloqram olmuşam. İndi həmin çəkimə qayıtmağa çalışıram. İdmanla da məşğul oluram. Mən əsasən, təbii vasitələrə üstünlük verirəm. Yosun masajı etdirirəm. 65 yaşlı bir xalam var, onun dərisi mənimki kimi gəncdir. Hər zaman evdə maskalar edir, xiyarın qabığını üzünə sürtməmiş atmır. Həmişə  deyirəm, baxımsız qadın yoxdur. Xanım özünə hörmət etməlidir, baxımlı olmalıdır. Evdə əllərinin altında olan vasitələrlə üzə qulluq edə bilərlər. Adi qızılgül ləçəklərini qurudub, vanna edərkən suya töksünlər. Həftədə bir dəfə vanna qəbul edərkən qoxulu çubuqlar yandırsınlar. Yataq otağına iyli şamlar qoysunlar, bu, stressi aradan götürür. Həftədə bir dəfə dəniz duzu tökülmüş vanna qəbul etsinlər. Evdə olan bal, hətta soğanın belə qadın gözəlliyinə köməyi var. Bir də hər zaman normal yuxu saatını yatmaq mütləqdir”.