Məşhur yarışmanın ən yaşlı iştirakçısı – video
Aktyor Səlcuq Yöntəmin aparıcılığı ilə Türkiyənin ATV kanalında yayımlanan“Kim Milyoner Olmak İster?”yarışmasının sonuncu buraxılışı maraqlı iştirakçısı ilə yadda qalıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Eskişehirden müsabiqəyə qatılan 84 yaşlı Zeynəb adlı qadın uğurlu oyunu ilə həm aparıcının, həm də tamaşaçıların rəğbətini qazanıb.
30 min lirəylə (təxminən 10 min manat) yarışmanı tərk edən iştirakçı S.Yöntəmin “Sizi ürəkdən təbrik edirəm. Elə gözəl yarışdınız ki: soyuqqanlı, özünəarxayın. Məncə, hazırda bir çox insana örnəksiniz” sözləri ilə yola salınıb.