“İlin qadın diceyi” seçildi – fotolar

“İlin qadın diceyi” seçildi – fotolar
1458 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir müddətdir diceylik karyerasına başlayan “Hilton” otellər şəbəkəsinin 33 yaşlı varisi, müğənni-aktrisa Paris Hilton “İlin qadın diceyi” mükafatına layiq görülüb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qatıldığı partilərin təşkilatçılarından hər zaman 1 milyon dollar alan Parisin bu mükafatdan sonra qiyməti bir qədər də artırdığı deyilir.

Monte Karloda təşkil edilən mərasimə geyindiyi tovuzquşu dizaynlı libası ilə göz qamaşdıran P.Hilton saçlarını toplamayıb və sadə makiyaj edib.