Mayli Sayrus və Şvarsneqqerin oğlu kinoteatrda – fotolar

Mayli Sayrus və Şvarsneqqerin oğlu kinoteatrda – fotolar
1779 dəfə oxunub
  • A-
  • A
  • A+

Son günlər mətbuatda müğənni Mayli Sayrus və Hollivud ulduzu Arnold Şvarsneqqerin oğlu, aktyor Patrik Şvarsneqqerin dostluq münasibətləri haqqında söz-söhbətlər gəzir.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhurların bir-biriləri ilə tez-tez görüşməsi media nümayəndələrinin diqqətini cəlb edib. Belə ki, dünən müğənni və gənc aktyorun birlikdə kinoteatra getməsi də paparassilərin hədəfindən yayınmayıb.

Onlar Culian Mur və Kristen Stüartın “AFI Fest” kinofestivalı çərçivəsində çəkilmiş "Hələ də Elis" filminin göstərildiyi "Egyptian Theatre”dan ayrılarkən birlikdə kameralara tuş gəliblər.

Qeyd edək ki, Mayli və Patrik media nümayəndələrin diqqətini yayındırmaq üçün kinoteatrın əsas yox, digər girişindən zala daxil olmaq istəyiblər.