Məşhur aktyorun xanımının erotik şəkilləri yayıldı - fotolar
Dünya
11:51 / 14.11.14
4885dəfə oxunub
A-
A
A+
Rusiyanın media orqanlarında tanınmış kino aktyoru Marat Başarovun həyat yoldaşı, aktrisa Yekaterina Arxarovanın vaxtilə erotik jurnallar üçün çəkdirdiyi fotoları yayılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu hadisə ulduz cütlüyün ailəsində ciddi söz-söhbətə səbəb olub.
Marat Başarovla nişanlanması və onunla ailə qurmasından sonra bir çoxlarını Yekaterinanın aktrisa kimi hansı filmlərlə məşhurlaşdığı maraqlandırırdı. O, özü də uzun müddət İtaliyada yaşadığını, orada tələb olunan, uğurlu aktrisa olduğunu bildirsə də, bu barədə ətraflı açıqlama verməmişdi. Lakin son zamanlar məlum olub ki, Y.Arxarova daha çox erotik jurnallar üçün fotosessiya etdirib və filmlərdə çəkilib.
Qeyd edək ki, sonradan özünə “Arxarova” təxəllüsünü götürən Yekaterina İtaliyada Katyuşa Kopnina adı ilə tanınır.