Türkiyəli tanınmışlar bir araya gəldilər - fotolar
Dünya
12:20 / 14.11.14
2890dəfə oxunub
A-
A
A+
Beynəlxalq müasir incəsənət sərgisi olan “Contemporary İstanbul”un doqquzuncu açılışı baş tutub.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, tədbirdə Türkiyənin bir sıra tanınmış sənət adamları iştirak ediblər.
Sərgiyə 23 ölkədən 108 müasir sənət qalereyası qatılıb.
Noyabrın 16-na qədər davam edəcək açılış ölkənin bir çox məşhur simasını - mədəniyyət və turizm naziri Ömər Çəlik, model Azra Akın, aktrisa Zərrin Tekindor, müğənni Kənan Doğuluyla həyat yoldaşı Beren Saat və başqalarını bir araya gətirib.