Müğənni Mənzurə Musayeva “Hər şey daxil” verilişini evində qonaq edib.
Axşam.az-ın məlumatına görə, ifaçı ev işlərində ona anasının kömək etdiyini deyib:
“Əvvəl yemək hazırlamağa həvəsli idim. Amma indi etmirəm. Bütün ev işlərində mənə anam kömək edir. Həm də yemək bişirməyi xoşlamıram. Çünki hazırladığım xörəyi sonuna kimi özüm yeyirəm. Anama da deyirəm ki, mən evə gələnə qədər çalışın, bütün yeməkləri yeyib bitirəsiniz”.