“GQ Men Of The Year 2014” mükafatlandırma mərasiminə qatılan türkiyəli aktrisa Serenay Sarıkaya paparassilərin əsas diqqət obyektinə çevrilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb aktrisanın geyindiyi qırmızı libasın dərin yarığı olub. Belə ki, mükafatlandırma mərasimində “İlin qadını” seçilən Serenayın tədbirin keçirildiyi otelin foyesində olarkən libasının ətəyi açılıb və ayaqları tamamilə görünüb.
Paparassilər isə həmin anı lentə almağı bacarıblar.