“Çelsi”nin ulduzu Didye Droqba və “Barselona”nın argentinalı futbolçusu Lionel Messi Türk Hava Yollarının (THY) yeni reklam üzü seçiliblər.
Axşam.az “Milliyət”ə istinadən xəbər verir ki, iki məşhur futbolçu bunun üçün kameralar önünə keçib. Messi və Droqbanın çəkildikləri yeni reklam internet saytlarından birində yayımlanıb və böyük maraqla izlənilib.
Qeyd edək ki, Messi daha əvvəl tanınmış basketbolçu Kobe Brayantla birlikdə də THY-nin reklamına çəkilmişdi.