“Az qalmışdı, intihar edim”

“Az qalmışdı, intihar edim”
1304 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu yaxınlarda Avstraliyada teleşouların birinə qonaq qismində qatılan amerikalı müğənni Keti Perri 2011-ci ildə yaşadığı ağır günlər haqda etiraflar edib.
 
Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, o bildirib ki, keçmiş həyat yoldaşı, ingiltərəli yumorist Rassel Brendlə ayrıldıqdan sonra dərin depressiyaya düşüb və hətta intihar etmək haqqında fikirləşib:
 
“Çox kədərli idim. Depressiyada olarkən az qalmışdı, intihar edim”.

K.Perri onu da vurğulayıb ki, onu bu stressdən yalnız yaradıcı fəaliyyəti çıxara bilib. Məşhur müğənni boşandıqdan sonra “Grace of God” (“Allahın lütfü”) mahnısını yazmaqla yaşadığı çətin günlərini notlara köçürdüyünü söyləyib:
 
“Bu mahnı kədər haqqındadır. Həqiqətən, bəzən yaşamaq çox çətin olur. Ümumiyyətlə, mənim bütün mahnılarım avtobioqrafikdir.”