Bu gün ATV kanalında “Bakı vaxtı ilə” verilişinin növbəti buraxılışı yayımlanacaq.
Axşam.az-ın məlumatına görə, saat 23:00-da efirə gedəcək veriliş əfsanəvi bəstəkar, xalq artisti Emin Sabitoğluna həsr edilib. Müğənni Roza Zərgərlinin aparıcılıq etdiyi proqramda xalq yazıçısı Fikrət Qoca, xalq artisti Azər Zeynalov, Zaur Rzayev, müğənnilər Ruhəngiz Musəvi, Əli Mirəliyev, Hüseyn Bakılı qonaq olublar.
Qeyd edək ki, layihənin rəhbəri Elşən Babayev, baş redaktoru Zabir Əliyev, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur.