Əməkdar artist Elza Seyidcahan kimsəsiz uşaqlar evini ziyarət edib.
Axşam.az-ın məlumatına görə, körpələrin yanına əliboş getməyən müğənni onlarla maraqlı vaxt keçirib. Balacalara mahnılar da oxuyan ifaçı təəssüratlarını bizimlə bölüşüb:
“Həmin uşaq evinə tez-tez baş çəkirəm. Orada bir körpə var idi, mənim adımı qoymuşdular. Dünən gedəndə isə onu övladlığa götürdüklərini eşitdim. Allah bəzi ana-atalara insaf versin, belə körpələri küçəyə, uşaq evlərinə atmasınlar”.