Dünya şöhrətli ingilis musiqiçisi Pol Makkartninin qızı dizayner Stella Makkartni moda sənayəsinin inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.
Axsam.az-ın xarici mətbuata istinadən məlumatına görə, Nyu-Yorkda təşkil olunan təqdimetmə mərasimində 43 yaşlı dizayner “Women's Leadership Award” mükafatına layiq görülüb.
Tədbirdə bir sıra tanınmış simalar da çıxış ediblər.