Çində maraqlı hadisə baş verib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, proqramçı olan gənc iki ildən çoxdur planlaşdırdığı xəyalını həyata keçirib. Belə ki, həmin oğlan sevdiyi qız üçün 99 ədəd “iPhone 6” markalı telefon alıb və onları ürək formasında küçənin ortasına düzüb.
Bu cür qeyri-adi hərəkəti ilə həmin xanıma evlilik təklifi etməsinə baxmayaraq, çinli gənc rədd cavabı alıb və özünü 68 min 500 dollar ziyana salıb.