Baş rollarında “Qalatasaray” futbol klubunun oyunçusu Uesli Sneyderin həyat yoldaşı Yolante Kabaunun və aktyor-şoumen Məhmət Əli Ərbilin yer aldığı “Polis Akademiyası Alaturka” filminin çəkilişləri davam edir.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, komediya janrında olan ekran işinin ilk kadrlarının fotoları yayılıb. Filmin əsas süjet xətti ondan ibarətdir ki, həm kikboks müəllimi olan, həm də polis vəzifəsində çalışan Yolante cazibədar xanım obrazını yaradır. “Beton Haşmet” rolunu canlandıran Məhmət Əli Ərbil isə ssenari etibarilə müdir müavinidir.
Ekran işi dekabrın 30-da nümayiş olunacaq.