Amerikalı müğənni Kristina Aqilera həyat yoldaşı Metyu Ratlerlə “Breakthrough Prize Awards” mükafatlandırma mərasiminə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni ana olduqdan sonra ilk dəfə məhz bu tədbirdə səhnəyə çıxıb. O, 2002-ci ildə hitə çevrilmiş “Beautiful” (“Gözəl”) mahnısını oxuyub.
Hər kəsin marağına səbəb o olub ki, 33 yaşlı Kristina hamiləlik dövründən sonra tez bir zamanda əvvəlki bədən formasını ala bilib. Yaxınlarının verdiyi məlumata görə, müğənni buna yoqa sayəsində nail olub.
Xatırladaq ki, Kristina Aqilera və Metyu Ratlerin avqustda Sammer Reyn adlı qız övladları dünyaya gəlib.