Nadirlə Nətavan birləşdi: “Çaşmayın, ağıllı olun” - fotolar

Nadirlə Nətavan birləşdi: “Çaşmayın, ağıllı olun” -  fotolar
3528 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə Rusiyada dincəlir.

Axşam.az-a açıqlama verən ifaçı onun adından istifadə edib, qalmaqal yaratmaq istəyənlərdən danışıb:

“Bir çox müğənnilər kimi mənim də gəlir yerim toylardır. Amma bildiyiniz kimi Məhərrəmlik ayı olduğuna görə toylar yoxdur. Bu fürsətdən istifadə edib, dincəlirəm. Amma dincəlməyə də imkan vermirlər. Adımı çəkib, reklam olunmaq istəyirlər. Mənsə heç kimi reklam etmək fikrində deyiləm. Heç kimdən çəkinmirəm. Onlara deyirəm ki, ağıllı olsunlar. Çaşmasınlar... Mənə yalnız öz işlərim maraqlıdır. Hazırda Rusiyada dincəlirəm. Həmkarım Nətavan Həbibi də burdadır. Helə bir neçə gün burada qalmağı düşünürəm. İnşallah Bakıya qayıtdıqdan sonra yaradıcılığımda olan yeni işləri təqdim edəcəyəm. Mahnılar yazdırmışam. Düşünürəm ki, yeni mahnılarım əvvəl ifa etdiklərim qədər seviləcək”.