Hazırda İstanbulda olan rəqqasə Aytən türkiyəli həmkarı Asena ilə bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçilər yeni çəkdirdikləri fotoları İnstaqram səhifəsində paylaşıblar.
Asena rəfiqəsi ilə şəkillərinin yanına “Canım Aytənim Azərbaycandan gəlib. O, mənim birdənəmdir” sözlərini yazıb.
Qeyd edək ki, Aytən Türkiyədə Asenanın evində qaldığını bildirib.