Amerikalı müğənni Selena Qomez kinoaktyor Devid Henri ilə Kaliforniya ştatının Beverli Hills şəhərində restoranların birindən çıxarkən görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gənclər romantik şam yeməyindən sonra 25 yaşlı Devidin avtomobilinə miniblər.
Ulduzlar paparassilərin kameraları önündə özlərini son dərəcə təmkinli aparıblar.
Xatırladaq ki, haqlarında yeni sevgili olmaları barədə söz-söhbət gəzən bu iki gənc ulduz “Wizards of Waverly Place” (“Veyverli Pleysin sehrbazları”) filmində birlikdə rol alıblar.
Qeyd edək ki, Selena Qomez daha əvvəl Los-Anceles hava limanında kanadalı pop ifaçısı Castin Biberin yumruqlaşdığı aktyor Orlanda Blumla da görüntülənmişdi