Mayli Sayrusun küçə dəbi - fotolar

Mayli Sayrusun küçə dəbi - fotolar
1125 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Mayli Sayrus Los-Anceles küçələrində fərqli imici ilə gəzərkən paparassilərin kameralarına tuş gəlib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı müğənni göy rəngli cins kombinezonu, qara corabı və qara eynəyi ilə diqqəti cəlb edib. Baxmayaraq ki, şou aləmində Mayli daha çox kameralara olan antipatiyası ilə tanınır, amma bu dəfə o, jurnalistlərə pozitiv jestlər edərək gülümsəyib.

Xatırladaq ki, bir neçə gün öncə M.Sayrus futbol matçına birlikdə yollandığı yeni sevgilisi, aktyor Patrik Şvarsneqqerlə öpüşərkən yaxalanmışdı.