Rəqqasə Oksana Rəsulova Hindistanda ZEE TV-də yayımlanan «Maharakshak Aryan» serialında rol alıb.
Sənətçinin Axşam.az-a verdiyi məlumata görə, bu, onun çoxdanki arzusu olub:
"Yaxın günlərdə yenidən Hindistana üz tutacam və aktyorluq fəaliyyətimi davam etdirəcəm”.
Qeyd edək ki, O.Rəsulova bir müddət öncə Hindistanda «India's Best Cine Stars Ki Khoj» istedad müsabiqəsinin qalibi olub.