Xatirədən Rüfətlə sevgili olması xəbərinə münasibət - fotolar

Xatirədən Rüfətlə sevgili olması xəbərinə münasibət - fotolar
7447 dəfə oxunub
  • A-
  • A
  • A+

Həmkarı Rüfət Axundovla sevgili olması haqda yayılan xəbərlər müğənni Xatirə İslamı özündən çıxarıb.

Axşam.az-ın məlumatına görə, bir müddət öncə Rüfətlə birgə Dubaya yollanan sənətçi şəkillərini sosial şəbəkədə paylaşıb.

Fotoların altından şərhlər yazan bəzi istifadəçilər onların sevgili olduqlarını iddia ediblər.

Yazılan ismarışlara əsəbiləşən müğənni Rüfətlə birinci sinifdən dostluq etdiklərini deyib:

"Biz onunla bacı-qardaşıq. Ayıbdır, bu cür söz-söhbət çıxarırlar. Ailəvi dostluğumuz var. Məni hamı yaxşı tanıyır. Kişi kimi qadınam. Ailəli xanımam, belə şayiələr mənə yaraşmaz. Bu xoşagəlməz söhbətlər heç vaxt Rüfətlə dostluğumuza xələl gətirə bilməz”.

Qeyd edək ki, X.İslam Fəxrəddin Musazadə adlı hərbiçi ilə ailəlidir. Cütlüyün bir oğul övladı var.