“Türkvizion” bu gün başlayır - fotolar

“Türkvizion” bu gün başlayır - fotolar
1184 dəfə oxunub
  • A-
  • A
  • A+

Tatarıstanın Kazan şəhərində keçiriləcək “Türkvizion” yarışması bu gün başlayır.

Axşam.az-ın məlumatına görə, ölkəmizi müsabiqədə “Azərbaycanın səsi”nin qalibi Elvin Ordubadlı təmsil edəcək.

Bununla bağlı əməkdar artist Elza Seyidcahan və Elvin hazırda Kazandadır.

E.Seyidcahan əməkdaşımızla söhbətində yarışmaya güclü hazırlaşdıqlarını bildirib:

“Ürəyimizdə Azərbaycan sevgisi ilə qələbəyə iddialıyıq. Milli alətimiz olan tar burada fəqan edəcək”.

Qeyd edək ki, E.Ordubadlı musiqisi E.Seyidcahana, sözləri Ayşə Birgül Yılmaza aid olan “Devlerin yalnızlığı” adlı mahnını səsləndirəcək. Müsabiqənin noyabrın 21-də baş tutacaq finalında ötən il “Türkvizion”un qalibi olan yerli müğənni Fərid Həsənov “Yaşa” adlı mahnı oxuyacaq.