İlin ən seksual kişisi - fotolar

İlin ən seksual kişisi - fotolar
1500 dəfə oxunub
  • A-
  • A
  • A+

“People” jurnalı əslən Avstraliyadan olan aktyor Kris Hemsvortu 2014-cü ilin ən seksual kişisi seçib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor özü bu xəbərə təəccüblənib. 31 yaşlı Kris bununla bağlı jurnalistlərə zarafatyana müsahibə verib:

“Mənə elə gəlir ki, siz zarafat edirsiz. Amma buradan öz həyat yoldaşıma səslənirəm; görürsən? İnsanlar mənim haqqımda düşünür. Bundan sonra mən qab-qacaq yumayacam və uşağın altını dəyişməyəcəm, çünki mən daha böyük şeylərə layiqəm".

Xatırladaq ki, keçən il bu ada “Maroon 5” musiqi qrupunun solisti Adam Livayn layiq görülmüşdü.