Elnarə türk müğənnisi ilə klipə çəkildi - fotolar

Elnarə türk müğənnisi ilə klipə çəkildi -  fotolar
4256 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnarə Xəlilova yenicə Türkiyədən qayıdıb.

Sənətçi Axşam.az-a açıqlamasında qardaş ölkədə "Dayan" adlı mahnısına klip çəkdirdiyini bildirib. :

"Mahnı duet formasında ifa olunub. Duet ortağım Türkiyədə "Pop star" yarışmasından tanınan Barış Kömürcüoğludur. Mahnıya ekran həyatını Türkiyədə maraqlı işləri ilə tanınan rejissor Mustafa Sarıqaya verib. Klipdə tərəf müqabilim də Barışdır. Yeni yaradıcı işimiz maraqlı alınıb. Klip üçün qala-gecesi təşkil ediləcək".

Mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsusdur.

Klipin təqdimat mərasimi noyabrın 27-də Nizami Kino Mərkəzində olacaq.Tədbirdə yarıdıcı heyət də iştirak edəcək.