Əməkdar artist Gülyanaq Məmmədova övladları ilə kamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinə açıqlama verən müğənni onlara çox vaxt ayıra bilməməsindən şikayətlənib:
“Baxıram başqalarının övladları hər gün parkda gəzir, hava alır. Mən isə işimin çoxluğundan onları küçəyə çıxara bilmirəm”.
G.Məmmədova dördüncü övlad istədiyini də deyib:
“Hər zaman arzulamışam ki, iki qızım, iki də oğlum olsun. İndi məndən çox qızım deyir ki, ana məni tək qoyma, bacı istəyirəm”.
Qeyd edək ki, əməkdar artistin Səidə Sıla adlı qızı, Miryaqub və Fikrət adlı oğlanları var.