Dünya şöhrətli müğənni Cennifer Lopez məşhur Amerika brendi “Endless”lə əməkdaşlığı çərçivəsində öz yeni qolbaq kolleksiyasını hazırlayıb. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ifaçı mətbuata açıqlamasında “Mənim “Endless” üçün eksklüziv kolleksiyam zərif və dəbə uyğundur. İnanıram ki, hər bir alıcı onların arasında öz istədiyi modeli tapa biləcək” sözlərini səsləndirib.
Qeyd edək ki, C.Lopezin kolleksiyasına təbii dəridən hazırlanmış, qara, qırmızı və qızılı detallarla dizayn olunmuş qolbaqlar daxildir.