Qısa paltarına görə studiyada sillələndi - video
Hindistanda kino ulduzu və model Qauhar Xan televiziya proqramlarının birinin çəkilişində qısa və dar paltar geydiyi üçün tamaşaçı hücumuna məruz qalıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, gənc bir oğlan Bollivud ulduzuna "Müsəlman qadın elə paltar geyinməməlidir" deyərək, ona sillə vurub.
Digər tamaşaçıların kameraya çəkdiyi anlarda da aktrisanın ağlayaraq yanağını tutduğu görünür.
Hadisənin səbəbkarı 24 yaşlı gənc isə artıq həbs olunub.