ATV-də yayımlanan “Şarm” verilişinin növbəti buraxılışında qış mövsümünün saç dəbi ilə tanış olacaqsınız.
Axşam.az-ın məlumatına görə, tanınmış stilistlər yeni saç düzümlərindən və rənglərindən danışacaqlar. Əsl qış makiyajının necə olmasını vizajistlərdən öyrənin. Stilistlər məşhurların geyim tərzini şərh edəcəklər. Kimlər zövqsüz geyinir?
Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Abdullayeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elvin İsmayıl, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin cümə günü, saat 12:00-da efirə çıxır.