İllər əvvəlki imici hamını təəccübləndirdi - video
Bu yaxınlarda həyat yoldaşı, aktrisa Özgə Borakdan ayrılan yumor ustası Ata Dəmirər 20 yaşında olarkən lentə alınmış görüntüləri ilə gündəm mövzusuna çevrilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1992-ci ildə çəkilən və “Qrup Vitamin” tərəfindən Bon Jovinin “İt is my life" (“Bu mənim həyatımdır”) adlı mahnısına uyğunlaşdırılan “İsmail”adlı bəstənin klipində rol alan Ata ilə əlaqədar sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib.
Qeyd edək ki, klipdə yumor ustasının qadınsayağı hərəkətləri daha çox müzakirə obyektinə çevrilib. A.Dəmirər isə video ilə əlaqədar hələ heç bir açıqlama verməyib.