Namiq Qaraçuxurlunun yeni adsız mahnısı - video
Meyxanaçı Namiq Qaraçuxurlu “Space” kanalında yayımlanan “Günaydın” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, son vaxtlar klip çəkdirmədiyini deyən sənətçi bunun səbəbini də açıqlayıb:
“Düşünürəm ki, klip bazarı dayanıb. Rəqabət yoxdur. Bir ara kliplərin yayım qiyməti də qalxdı, ona görə də, çox adam geri çəkildi. Durğunluq oldu. Hələ ki, mənə qeyri-adi bir ideya, süjet təklif olunmayıb. Bu səbəbdən klip çəkdirməyə marağım yoxdur”.
Daha sonra N.Qaraçuxurlu sözləri və musiqisi özünə aid olan yeni mahnısını səsləndirib. O, bəstəsinə hələ ad qoymadığını deyib.