Aparıcı Zaur Kamal “5/5” verilişində əməkdar artist Zöhrə Abdullayevaya sürpriz edib.
Axşam.az-ın məlumatına görə, aparıcı efirə Z.Abdullayeva ilə küsülü olan müğənni Mətanət Əsədovanı qonaq çağırıb. Bir-birindən xəbərsiz studiyaya gələn ifaçıları aparıcı canlı yayımda barışdırıb. Onlar daha sonra birlikdə mahnı səsləndiriblər.
Z.Kamal “Hər iki müğənni mənim xətrimə efirə gəldi. Onların heç birinin hadisədən xəbəri yox idi” deyə bildirib.
Həmin anı aşağıdakı videodan izləyə bilərsiz: