"Terminator" qayıdır - video+fotolar

"Terminator" qayıdır - video+fotolar
963 dəfə oxunub
  • A-
  • A
  • A+
İnternetdə “Terminator: Genezis” filminin yeni treyleri yayımlanıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 14 saniyəlik promo-çarxda insanlığın ən böyük xilasedicisi- robot aktyor Arnold Şvarsneqqer və onun daha da mükəmməlləşdirilmiş maye metaldan hazırlanan rəqibi görünür. Silsilənin 5-ci hissəsində hadisələr 2029-cu ildə cərəyan edir və müdafiənin lideri Con Konnor idarədən çıxmış maşınlarla müharibəsinə hələ də davam edir. Qələbə ərəfəsindəykən C.Konnor sadiq dostu - leytenant Kayl Rizi anası və onun özünü qorumaq üçün keçmişə göndərir. Amma əsgər keçmişdə planlaşdırılmamış bir halla üzləşir. Sara Konnor doqquz yaşında valideynlərini itirib və onu qızı qorumaqla proqramlaşdırılan Terminator (A.Şvarsneqqer) öz himayəsinə götürüb.

Qeyd edək ki, A.Şvarsneqqerdən başqa filmdə Emiliya Klark (Sara Konnor), Ceyson Klark (Con Konnor) və Cay Kortni (Kayl Riz) çəkiliblər.

Xatırladaq ki, premyerası gələn ilin iyulunda baş tutacaq beşinci “Terminator” yeni trilogiyanın birinci hissəsidir.