Maradona prezidentin çıxışı zamanı yatdı - video
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona dekabrın 9-da Venesuelada keçirilən rəsmi tədbirdə yatıb.
Axşam.az-ın məlumatına görə, Maradona ölkə prezidenti Nikolas Maduronun çıxışı zamanı fəxri qonaqlar kürsüsündə yatıb. Məşhur futbolçu Perunun müstəqilliyi uğrunda gedən müharibədə həlledici Ayakuço döyüşünün 190 illiyinə həsr olunmuş tədbirlərdə iştiraka dəvət edilib.
Maduro öz nitqində 54 yaşlı idmançını xatırladaraq onu üsyançı və inqilabçı adlandırıb:
“Aramızda həyatın başqa meydanlarında - futbol meydanında fenomen olan üsyançı var, amma bu, fikir sahələrinə aiddir, çünki, o, inqilabçıdır. Söhbət Dieqo Maradonadan gedir”.
Amma Maradona bu sözləri eşitməyib. Arxasında oturan adamın onun kürəyinə toxunmasından sonra futbolçu ayılıb və toplaşanları salamlayıb.
(Trend.az)