Yeni serial başlayır - video
“Show TV”nin iddialı layihəsi sayılan "Əzra" yaxın zamanda izləyicilərə təqdim olunacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reper Cəzanın sevilən mahnısı "Holocaust"un müşayiəti ilə “Əzra”nın həyəcan dolu yeni təqdimatı qısa müddətdə hər kəsin marağına səbəb olub.
Qəzzalı Əzra yetimxanadan oğurlanan kiçik bacısını İtaliyada tapır və onun yanına getmək üçün Qəzzadan qaçır. Ancaq mindiyi gəmi Kipr sahillərində batır, bütün sərnişinlər ölür və təkcə Əzra xilas olur. Gənc qızı qurtaran adam isə dünyanın ən zəngin iş adamlarından Cahangir Hüseynov olur. Cahangir ilk baxışdan Əzraya vurulur. Daha sonra polis Mustafa da Əzraya aşiq olur və hadisələr gərginləşir.